adalet.az header logo
  • Bakı 13°C
26 Aprel 2017 09:43
7057
DÜNYA
A- A+

ABŞ ballistik raketi sınaqdan keçirəcək

ABŞ Hərbi Hava Qüvvələri Mərkəzi Kaliforniya sahillərindəki Vandenberq bazasında "Minuteman III” qitələrarası ballistik raketinin sınağını keçirəcək.

Bu barədə "Los Anceles Times” qəzeti məlumat yayıb.

Məlumata əsasən sınaq raketin effektivliyini, dəqiqliyini və hazırlığını yoxlamaq məqsədi daşıyır.

Vandenberq bazasının rəisi, polkovnik Kris Moss bildirib ki, raketin sınaqdan keçirilməsi ölkənin milli nüvə qüvvələrinin gücünü yoxlamaq və milli nüvə imkanlarımızı göstərmək üçün çox vacibdir.

Qeyd edək ki, bir neçə həftə əvvəl Şimali Koreya da ballistik raketlərin sınağını keçirmişdi.