adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
25 Aprel 2017 22:54
5598
DÜNYA
A- A+

Peterburq terrorunu bu qruplaşma törədib

Aprelin 3-də Rusiyanın Sankt Peterburq şəhərinin metropolitenində törədilən terror aktına görə məsuliyyəti "Əl Qaidə” terror təşkilatı ilə əlaqəli qruplaşma öz üzərinə götürüb.

Bu barədə terrorçuların fəaliyyətinin monitorinqini həyata keçirən "SITE Intelligence Group” təşkilatı məlumat yayıb.

Məlumata görə, terror aktına görə məsuliyyəti öz üzərinə "İmam Şamilin batalyonu” qruplaşması götürüb. Qruplaşmanın iddiasına əsasən, metrodakı partlayış terrorçu Akbarjon Cəlilova göstərişlər verən "Əl Qaidə”nin başçısı Ayman Əl Zəvahiri tərəfindən planlaşdırılıb.

Xatırladaq ki, aprelin 3-də Sankt Peterburq metropolitenində törədilən partlayış nəticəsində 14 nəfər ölüb, 50-dən çox sərnişin yaralanıb. Faktla bağlı 10 nəfər həbs edilib.