adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
25 Aprel 2017 19:00
10342
ELM VƏ TƏHSİL
A- A+

Jurnalistikaya qəbul olmaq üçün 14 bakalavr ərizəsini təsdiqləyib

Dövlət İmtahan Mərkəzi magistraturaya qəbul imtahanında bakalavrların yazacaqları inşaya (esseyə) qoyulan tələbləri açıqlayıb.

Adalet.az xəbər verir ki, DİM-dən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, 2017/2018-ci tədris ili üçün magistraturaya qəbul imtahanında 060204-Jurnalistika ixtisası üzrə ixtisaslaşmalara qəbul olmaq istəyən bakalavrlar test tapşırıqlarının əvəzinə təqdim olunmuş mövzu üzrə inşa (esse) yazacaqlar. Yazı işi bakalavrın ərizəsində seçdiyi imtahan verəcəyi dildən asılı olaraq, Azərbaycan və ya rus dilində yerinə yetirilməlidir.

Bildirilib ki, 21-30 aprel tarixlərində magistratura səviyyəsi üzrə "Jurnalistika" ixtisaslaşmasını seçmək istəyən bakalavrların qeydiyyatı aparılır. Bu günə kimi jurnalistika ixtisası üzrə magistratura ixtisaslaşmalarına qəbul olmaq üçün bu saata kimi 14 nəfər (13 nəfər Azərbaycan, 1 nəfər rus bölməsi) ərizəsini təsdiq edib. Jurnalistika ixtisaslaşmalarını seçmək istəyən bakalavrların qeydiyyatı prosesi 30 aprel saat 17:00-da başa çatacaq.