adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
25 Aprel 2017 18:02
11336
SİYASƏT
A- A+

Azərbaycan Yəmənə humanitar yardım edib

Bu gün İsveçrənin Cenevrə şəhərində Yəməndə davam edən humanitar böhranla əlaqədar yardımın göstərilməsi məqsədilə BMT-nin Yüksək Səviyyəli Donor Konfransı keçirilib.

XİN-in mətbuat xidmətindən Adalet.az-a verilən məlumata görə, tədbirdə ölkəmizi Xarici İşlər Nazirliyinin Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AİDA) rəhbəri Əşrəf Şıxəliyev təmsil edib.

İslam həmrəyliyi prinsipinə daim sadiq olan və 2017-cil ili "İslam həmrəyliyi ili” elan edilən Azərbaycan tərəfindən genişmiqyaslı humanitar böhranın yaşandığı Yəmənə Donor Konfransı əsnasında humanitar yardım göstərildiyi qeyd olunub.

Hazırda Yəmən dünyada yardıma ən çox ehtiyacı olan ölkələrdən biridir. Bu ölkədə 2015-ci ilin mart ayından etibarən getdikcə artan münaqişə milyonlarla insanın həyat təhlükəsizliyini və fundamental haqlarını risk altına qoyaraq geniş böhranının yaranmasına səbəb olub. Yəməndə təxminən 19 milyon nəfərin yardıma ehtiyacı var.