adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
25 Aprel 2017 15:12
18381
KRİMİNAL
A- A+

Ağdaşda məktəbli intihara cəhd edib

Ağdaş rayonunda intihara cəhd hadisəsi baş verib.

Adalet.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, hadisə ötən gecə rayonun Cardam kəndində qeydə alınıb.

Kənd sakini, 2002-ci il təvəllüdlü Salehov Tunar Bayram oğlu yaşadığı evin həyətindəki yardımçı tikilidə özünü kəndirlə asaraq intihara cəhd edib. Valideynləri hadisədən tez xəbər tutduqları üçün onu xilas edə biliblər.

Tunar Salehov ağır vəziyyətdə Ağdaş Mərkəzi Rayon Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Cardam kənd orta məktəbinin 10-cu sinif şagirdi olan T.Salehovun özünə qəsd etməsinin səbəbi hələlik məlum deyil.

Faktla bağlı Ağdaş Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.