adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
25 Aprel 2017 13:57
21118
ƏDƏBİYYAT
A- A+

Əbülfət Mədətoğlu: İstək və Təzad

Göz önündə şam kimi

Sönəsən, görməyələr...

Yıxılıb adam kimi -

Öləsən görməyələr...

***

Ağrını köynək kimi

Hər gün təzələyəsən...

Sınasan eynək kimi -

Nurla məzələnəsən...

***

Daşıdığın duz yükü

Göynədə kürəyini...

Üstündəki qız tükü

Kövrəldə ürəyini...

***

Bu təzada bələnib

Hörüləsən bir daşa...

Bulud kimi ələnib-

Əriyəsən birbaşa...