adalet.az header logo
  • Bakı 11°C
25 Aprel 2017 11:04
6738
DÜNYA
A- A+

Türkiyə qırıcıları İraq və Suriyada əməliyyat keçirdi

Türkiyə Silahlı Qüvvələri İraqın Sincar dağı bölgəsində və Suriyanın şimal-şərqində hava əməliyyatları keçirilib.

Adalet.az-ın məlumatına görə, əməliyyatlar zamanı qırıcılar tərəfindən PKK terror təşkilatının bütün mövqelərinin vurulduğu bildirilir.

Baş Qərargahın məlumatında deyilir ki, Suriyanın və İraqın şimali Türkiyəyə terrorçu, silah-sursat, partlayıcı maddələr keçirmək məqsədilə son vaxtlarda ən çox istifadə edilən ərazilərdir.

Qeyd olunur ki, əməliyyatlar sonuncu terrorçu zərəsizləşdirilənə qədər davam etdiriləcək.