adalet.az header logo
  • Bakı 16°C
25 Aprel 2017 11:00
5156
MƏMLƏKƏT
A- A+

Bakının 9 küçəsində rəngləmə işləri aparılacaq

Bakı şəhərində nəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə, piyada keçidlərinin, yol-cizgi və yolgöstərici xətlərin yenidən rənglənməsi işləri çərçivəsində bu gün səhər 11:00-dan etibarən Nəsimi rayonu, Səməd Vurğun, Məhəmməd Füzuli və Şamil Əzizbəyli küçələrinin kəsişməsində (Heydər Əliyev sarayının arxası) üfüqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılacaq.

"Azəravtoyol" ASC-dən Adalet.az-a verilən məlumata görə, görülən işlər axşam saatlarınadək yekunlaşdırılacaq.

Analoji işlər 22:00-dan etibarən isə Nəsimi rayonu, Şamil Əzizbəyli, Məhəmməd Füzuli, Bülbül və Səməd Vurğun küçələrində aparılacaq.

Bu küçələrdə isə rəngləmə işləri səhər saatlarınadək yekunlaşdırılacaq.