adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
25 Aprel 2017 10:26
5588
SİYASƏT
A- A+

YUNESKO-nun baş direktorluğuna namizədlər müsahibə mərhələsindən keçəcək

YUNESKO-nun baş direktoru vəzifəsinə namizədlər aprelin 26-27-də müsahibə mərhələsindən keçəcək.

Adalet.az-ın BMT-nin saytına istinadən verdiyi məlumata görə, təşkilatın Parisdəki İcraiyyə Şurasında keçiriləcək müsahibə mərhələsinə almaniyalı Maykl Vorbs sədrlik edəcək.

Qeyd edək ki, ötən ay baş direktor postuna doqquz namizədin adı açıqlanıb. Onların arasında Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu da var. Digər namizədlər Vyetnam, Misir, Qətər, Çin, Qvatemala, İraq, Livan və Fransanı təmsil edir.

YUNESKO-nun baş direktoru İcraiyyə Şurasının təqdimatı əsasında Baş konfrans tərəfindən təyin olunur.

Bütün namizədlər aprelin 26-27-də İcraiyyə Şurasının 201-ci sessiyası zamanı müsahibə mərhələsindən keçəcək. Bu ilin oktyabrında Şuranın 202-ci sessiyası zamanı gizli səsvermə keçiriləcək. Yekun qərar bu ilin noyabrında YUNESKO-nun 39-cu Baş konfransında veriləcək.