adalet.az header logo
  • Bakı 11°C
  • USD 1.7
25 Aprel 2017 09:43
19344
İQTİSADİYYAT
A- A+

“Qara qızıl”ın qiyməti açıqlandı

Dünya bazarlarında neftin qiyməti bahalaşıb.

Bu barədə Adalet.az London və Nyu-York birjalarında keçirilən hərracların nəticələrinə istinadən xəbər verir.

Belə ki, Bakı vaxtı ilə saat 09:00-a olan məlumata görə, London birjasında Brent markalı neftin iyun fyuçerslərinin qiyməti 0,47% artaraq bir barelə görə 51,84 dollar olub.

Nyu-York birjasında WTI neftinin bir bareli 0,47% bahalaşaraq 49,46 dollara satılıb.