adalet.az header logo
  • Bakı 19°C
25 Aprel 2017 09:22
6575
DÜNYA
A- A+

20 milyon nəfər aclıqdan ölə bilər

Təqribən 20 milyon nəfər növbəti 6 ay ərzində aclıqdan ölə bilər.

Adalet.az-ın Trend-ə istinadən məlumatına görə, bu barədə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) baş direktoru Joze Qrasianu da Silva qurumun Romada keçirilən sessiyasında bəyan edib.

O qeyd edib ki, əgər beynəlxalq ictimaiyyət təcili tədbirlər görməsə, 20 milyon insan aclıqdan ölə bilər: 

"Aclıq təkcə insanları öldürmür, sosial qeyri-sabitliyə də gətirib çıxarır”.

Baş direktor əlavə edib ki, Nigeriya, Somali, Cənubi Sudan və Yəməndə aclıqdan və qida çatışmazlığından əziyyət çəkən insanları xilas etmək üçün təcili tədbirlər görmək zəruridir.