adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
24 Aprel 2017 22:54
4929
DÜNYA
A- A+

Putin balıq tutmağa gedəcəyi yeri açıqladı

Rusiya prezidenti Vladimir Putin Volqa çayının deltasına balıq tutmağa gedəcək.

Adalet.az "RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, Putin bu haqda Rusiya Coğrafiya Cəmiyyətinin Qəyyumlar Şurasının iclasında deyib.

İclasda Baykal gölü və Volqanın su resurslarının vəziyyətindən danışılıb.

"Volqanın deltasında su daha təmizdir?” - prezident dəqiqləşdirmək istəyib və müsbət cavab alıb.

"Yəni, balıq tutmağa Volqanın deltasına gedəcəyik”, - dövlət başçısı əlavə edib.