adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
24 Aprel 2017 22:04
3589
MƏMLƏKƏT
A- A+

Azyaşlıya siqaret verənlər cəzalandırılacaq

İki yaşlı uşağa danışmaqdan qabaq siqaret çəkmək öyrədilib. Sözləri aydın tələffüs edə bilməyən körpə böyük insanlar kimi barmaqlarının arasına siqareti alıb, hətta tüstüsünü üfürür.

Adalet.az "Xəzər xəbər”ə istinadən xəbər verir ki, təəssüf və təəccüb yaradan bu görüntülər rayonlardan birində qeydə alınıb.

Həkimlər deyirlər ki, uşağın nəinki siqaret çəkməsi, hətta siqaret çəkilən bir mühitdə olması da onun sağlamlığına ciddi təhlükə yaradır.

İnsanlar belə şəxslərə qarşı ictimai qınağı vacib hesab edirlər.

Hüquqşünas Xəyal Bəşirli qeyd edir ki, qeydə alınan bu fakta görə valideyn İnzibati Xətalar Məcəlləsinin 189-cu maddəsinə əsasən məsuliyyət daşıyır. Çünki bu halda valideyn və ya valideyni əvəz edən şəxs uşağın təlim-tərbiyəsının yerinə yetirilməsi qaydalarını pozub və o, 60-100 manat arasında cərimə edilə bilər.