adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
24 Aprel 2017 21:37
4747
DÜNYA
A- A+

ABŞ onlarla savaşı dayandırdı

ABŞ ordusu Somali sularındakı quldurlarla mübarizə aparmayacaq.

Adalet.az xəbər verir ki, bu sözləri ABŞ Müdafiə naziri Ceyms Mettis Şərqi Afrika ölkəsi Cibutiyə səfəri çərçivəsində ABŞ-ın Afrikadakı qüvvələrinin komandanı general Tomas Voldhozerlə görüşü zamanı deyib. O, son illərdə Somali sahillərində və Ədən körfəzi ətrafında quldurluq fəaliyyətlərinin artması haqda ABŞ-ın münasibətini ortaya qoyub:

"Somali sularında quldurluq problemi davam etsə belə, ABŞ ordusunun müdaxilə etməsi üçün ciddi səbəb olmadığını düşünürəm”, - deyə o bildirib.

Qeyd edək ki, Qırmızı dənizə və Ərəb dənizinin Ədən körfəzinə çıxışı olan Cibutidə hazırda Fransa, ABŞ, İtaliya və Yaponiyanın hərbi bazası var. Yaxın zamanda bölgədə Çinin də baza açacağı planlaşdırılır.