adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
24 Aprel 2017 19:00
5025
MƏMLƏKƏT
A- A+

İTV-nin baş direktoru vəzifəsinə seçki sabah keçiriləcək

İctimai Televiziya və Radio Yayımları Şirkətinin (İTV) baş direktoru vəzifəsinə seçki sabah keçiriləcək.

Adalet.az xəbər verir ki, bu barədə APA-ya İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının sədri Muxtar İmanov məlumat verib.

Onun sözlərinə görə, baş direktor İTV-nin Yayım Şurasının iclasında seçiləcək.

M. İmanov qeyd edib ki, iclasa Yayım Şurasının üzvləri ilə bərabər namizədlər də qatılacaq.

Qeyd edək ki, Milli Televiziya və Radio Şurası (MTRŞ) İTV-nin baş direktorunun səlahiyyət müddətinin başa çatması ilə əlaqədar bu vəzifəyə seçilmək üçün namizədin müəyyənləşdirilməsi məqsədi ilə müsabiqə elan edib. Müsabiqəyə sənəd qəbulu başa çatıb. İTV-nin baş direktoru vəzifəsinə 5 nəfər iddiaçı - Paşazadə Tahir Ağalar oğlu, Quliyev Cəmil Elşad oğlu, Soltanov İltifat Hacıxanoğlu, Məmmədov Tahir Tais oğlu və Ağayeva Afaq Ağaibrahim qızı müsabiqəyə sənəd təqdim edib.

İTV-nin baş direktoru Cəmil Quliyevin səlahiyyət müddəti aprelin 23-də başa çatıb.