adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
24 Aprel 2017 16:30
2603
GÜNDƏM
A- A+

Deputat: Banklar valyutadəyişmə məntəqəsinə çevrilib

"Daşınar əmlakın yüklülüyü haqqında” qanun həm inkişaf etmiş, həm də inkişaf etməkdə olan ölkələrdə mövcuddur. Lakin MDB-də belə bir qanun Özbəkistandan başqa heç bir ölkədə tətbiq edilmir.

Adalet.az APA-ya istinadən xəbər verir ki, bu sözləri millət vəkiliƏli Məsimli"Daşınar əmlakın yüklülüyü haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

"Azərbaycanın bank sistemində olan problemlər, faiz dərəcələrinin yüksək olması insanların vəziyyətini daha da ağırlaşdırıb. Problemli kreditlərimizin sayı kifayət qədərdir.

Bu baxımdan sözügedən qanun layihəsi əgər bu məsələlərin həllinə yönələcəksə, onu qəbul etmək olar.Bu gün banklar valyutadəyişmə məntəqəsinə çevrilib.

İndiyədək insanların ev, mülk, torpaq, avtomobilləri əlindən alınırdısa, belə çıxır ki, indi də ev əşyaları, xalça, palazları əllərindən alınacaq ki, bu da çox ağır nəticələrə gətirib çıxaracaq.

Buna görə də, aidiyyətiqurumlar bu məsələni nəzərə almalıdır. Bu baxımdan məsələyə yanaşdıqda onun konsepsiyası kifayət qədər aydın olsa da, mətn anlaşıqlı deyil”, - deyə deputat qeyd edib.