adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7

Qalstuka yaraşmayan hərkətlər

5141 | 2017-04-24 15:42
Məmur və ya siyasət adamının sərbəst hərəkət nümayişləri hər keçən gün gündəmi dəyişir. Xatırlayıram 2007-ci ildə ABŞ-nın keçmiş prezidenti Corc Buşun Gürcüstana səfəri zamanı səhnədə rəqs etməsi, onu Qafqazın gözündən salmışdı amma bu ABŞ-da normal hal idi. Obamanın ciddi hakimiyyəti dönəmindən sonra Trampın hakimiyyətə gəlməsi bu mövzuya ayrıca bir rəng qatdı. Tramp indi hər yerdədir. Boks turnirləində, rəqs salonlarında, festivallarda həm oynayır, həm də qalstuk-pencəklə rinqə çıxıb savaşır. Prezident olanda nolar ki, yumruq da yeyir, nokauta da düşür. Qısası əhli kef adamdı. Təbii ki, cəmiyyətimizdə bu cür açıqlıq da yol verilməzdir. Belə bir yüngül hərəkətlər qəbuledilməz haldır. Ötən gün Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Mədət Quliyevin tədbirlərin birində gitara ilə ifası normal təxəyyülə sığacaq addımdır. Hətta deyərdim ki, bu nümunə kimi məmurlarla bağlı rişxəndlərı azaldır, onaların da bizdən-xalqdan biri olduğunu göstərir. Təqdirə layiqdir. Bir nüansı da qeyd edim ki, televizya efirində artistlik edən Bəzi qalstukluların mənasız çağırışları və ya yersiz ifadələr işlətməsi ilə gündəmə gəlmələri Trampın hərəkətlərindən heç də geri qalmır. Məmur olanda nolar ki, gündəmə gərək yaradıcı şəkildə düşəsən.

TƏQVİM / ARXİV