adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
24 Aprel 2017 15:26
5035
SİYASƏT
A- A+

Klinton Trampı məsxərəyə qoydu – FOTO

ABŞ-ın sabiq prezidenti Bill Klinton Ağ evin hazırkırəhbəri Donald Trampı məsxərəyə qoyub.

O, "Tvitter”də Prezident mərkəzi və Uilyam Klinton Kitabxanası yaxınlığında quraşdırılmış çəyirtkə abidəsinin yanında çəkdirdiyi şəkili paylaşıb.

Adalet.az xəbər verir ki, o, şəklə "Təcili: İndicə bildik ki, "Klinton mərkəzi” dinlənilirmiş”.

İş ondadır ki, "bug” ingiliscə "dinləmək” və "həşərat” mənasını verir. Bu zarafatla Klinton daha öncə seçkiqabağı kampaniyada Obama administrasiyası tərəfindən izləndiyini və telefon danışıqları dinləndiyi deyən respublikaçını sancıb.

Bununla yanaşı, Konqresin kəşfiyyat üzrə komitə üzvləri Donald Trampın iddialarını təsdiqləyə biləcək heç bir məlumat almadıqlarını da bildirmişdilər.