adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
24 Aprel 2017 14:41
6622
SİYASƏT
A- A+

İranda namizədlərin debatlarının canlı yayımda göstərilməməsinə dair qərar ləğv edilib

İran hakimiyyəti prezidentliyə namizədlərin debatlarının canlı yayımda nümayiş etdirilməməsinə dair qərarını ləğv edib.

Adalet.az xəbər verir ki, bu barədə "Press” TV telekanalı ölkə DİN-nə istinadən məlumat yayıb.

Müvafiq bəyanatı seçkilər zamanı təbliğat fəaliyyətinin yoxlanılması üzrə Komissiya ilə görüşdən sonra DİN nümayəndəsi Salman Samani edib.

Samani bildirib ki, debatlar yazı ilə nümayiş etdiriləcək. İclas namizədlərin, məmurların və sadə iranlıların tənqidindən sonra keçirilib. Görüşdə İran teleradio şirkətinin rəhbəri, ölkənin baş prokuroru, DİN rəhbəri və digər simalar iştirak edib.

İran prezidentliyinə namizədlərin qeydiyyatı aprelin 11-dən 15-nə kimi keçirilib. Qeydiyyat gününün sona çatdığı an seçkilərdə iştirak etmək üçün 1,6 min insan müraciət etmişdi.