adalet.az header logo
  • Bakı 18°C
24 Aprel 2017 14:29
184329
MƏMLƏKƏT
A- A+

ÖZÜNÜZÜ AĞILLI APARIN, SƏHƏR LİFTLƏRİ KƏSƏRLƏR

Neçə gündü qəzetlər, saytlar, sosial şəbəkələr Bakı Lift İdarəsinin rəisinin qızına elədiyi toydan və korrupsiyasından yazırlar, müzakirə edirlər. Bir sözlə, mətbuatımız kef edir. 400 min dollarlıq toy, kürəkənə hədiyyə edilən ən bahalı adı yadımdan çıxıb avtomobil, lift troslarının oğurlanması, keçmiş kürəkənlə ailənin qovğası, müsibətdi ey… Bu müzakirələr millətimizi xoşbəxt edir.

Dostlar, bir az ehtiyatlı olun, Lift İdarəsinin adını bilmədiyim (öyrənib sabah yazaram) rəisini çox tənqid etməyin, hirslənər, sabah Bakıdakı bütün liftləri bağlayar. Onda nəğayracuqsuz ha?! Onda gərək 17-ci mərtəbəyə suyu əllə daşıyasınız. Ona görə də rəisin üstünə çox getməyin.

Adını tapa bilməsəm də, şəklini tapdım.