adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
24 Aprel 2017 14:18
18576
İQTİSADİYYAT
A- A+

Azərbaycana 1,3 milyard dollardan çox borc verilib

Asiya İnkişaf Bankı (Asian Development Bank, ADB) 2016-cı ildə Azərbaycana 4 layihənin maliyyələşdirilməsi üçün 1 mlrd. 325 mln. dollar məbləğində kredit ayırıb.

Adalet.az-ın məlumatına görə, APA "Interfax” agentliyinə istinadən xəbər verir ki, qeyd edilən vəsaitin 520 mln. dolları elektrik enerjisi şəbəkəsinin genişləndirilməsinə, 75 mln. dollar su təchizatı sisteminin yaxşılaşdırılmasına, 500 mln. dollar "Şahdəniz-2” layihəsinə, 500 mln. dollar isə ölkədəki iqtisadi artımı dəstəkləmək üçün ayrılıb.

Qeyd edək ki, bu məbləğə "Cənub Qaz Dəhlizi” QSC-yə ayrılan 500 mln. dollarlıq vəsait daxil deyil.

2016-cı ilin dekabrın 31-nə ADB-nin Azərbaycanın özəl sektoru ilə bağlı kredit portfeli 373,6 mln. dollar təşkil edir.