adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
24 Aprel 2017 12:38
4068
MƏMLƏKƏT
A- A+

Rayonların işıqsız qalmasına dair rəsmi qurumdan açıqlama

"Ölkə ərazisində baş verən güclü külək nəticəsində elektrik enerjisi təsərrüfatında yaranan bəzi problemlər aradan qaldırılır”.

Adalet.az xəbər verir ki, bunu "Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəriTanrıverdi Mustafayev Modern.az-a açıqlamasında deyib.

Qurum rəsmisi bildirib ki, əslində, xətlərdə problem yoxdur:

"Küləyin təsirindən kənar əşyaların xətlərə dəyməsi nəticəsində belə problemlər yaranır.

Məsələn, evlərin, obyektlərin dam örtüklərində küləyin təsirindən qopmalar olur və xətlərə dəyir, ağaclar qırılır, xətlərin üzərinə düşür və bu cür problemlər yaranır. Bu problemlər də dərhal aradan qaldırılır”.

T.Mustafayev deyib ki, son on gündə güclü külək nəticəsində bölgələrdə müəyyən problemlər yaranıb.

"Son 10 gündə güclü külək Ağstafa, Tovuz, Şəmkir, Goranboy, Daşkəsən rayonlarında çox böyük fəsadlar yaradıb.

Dünən və ondan əvvəlki gün Masallı, Yardımlı, Lerik, həmçinin aran bölgəsi olan Ağdam, İmişli rayonlarında müəyyən problemlər yaranmışdı.

Ancaq ən çox güclü küləyin fəsadları qərb və cənub bölgəsində özünü göstərib”. Qurum rəsmisi bildirib ki, hazırda elə bir bölgə yoxdur ki, orada elektrik enerjisi olmasın.

"Bu gün bir neçə rayonlarla əlaqə saxlamışıq. Cənub, şimal, qərb və aran bölgəsində olan fəsadlar tamamilə aradan qaldırılıb. Hazırda hər yerdə normal enerji təchizatı var”.