Kəlbəcər girovları ilə görüş olacaq
Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) nümayəndələri Kəlbəcərdə erməni işğalçıları tərəfindən girov götürülən Şahbaz Quliyev və Dilqəm Əsgərova baş çəkəcək.Bu barədə girov Ş.Quliyevin qardaşı İlham Quliyev məlumat verib.
Onun sözlərinə görə, görüş yaxın günlərdə baş tutacaq: "Bir neçə gün əvvəl Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayənələrinin vasitəsilə Şahbaza məktub göndərdik. Bildirdilər ki, məktubu görüş zamanı ona təqdim edəcəklər, həmçinin onun məktubunu bizə çatdıracaqlar. Bu müddət ərzində qardaşımla bağlı məlumat almamışıq. Ona görə çox narahatıq”.
Xatırladaq ki, 2014-ci ilin iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan Silahlı Qüvvələri tərəfindən girov götürülüblər, Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb. H. Həsənovun meyiti düşməndən alınaraq Bakıda dəfn edilib.
İşğal altındakı Dağlıq Qarabağda D. Əsgərov və Ş. Quliyev üzərində qanunsuz "məhkəmə” qurublar. "Məhkəmə”nin qərarı ilə D. Əsgərov ömürlük, Ş. Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilmə cəzasına məhkum olunub.
Digər Xəbərlər
17 Aprel 2024 18:52
Rusiya sülhməramlıları Qarabağı belə tərk edir - VİDEO
17 Aprel 2024 17:35Qarabağda sülhməramlılara ehtiyac yoxdur - Aleksey Juravlev
17 Aprel 2024 17:12Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirildi
17 Aprel 2024 16:39Hərbi Hava Qüvvələri Naxçıvanda təlim keçirib - VİDEO
17 Aprel 2024 16:10