adalet.az header logo
  • Bakı 11°C
  • USD 1.7
24 Aprel 2017 09:00
2908
HADİSƏ
A- A+

Bakıda binada yanğın: 40 nəfər təxliyə edilib

Bakıda yanğın hadisəsi qeydə alınıb.

Adalet.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, Bakının Nizami rayonunda çoxmərtəbəli yaşayış binasının bloklarının birində zirzəmidən başlayaraq 18-ci mərtəbəyə kimi kabel şaxtasında 600 p.m elektrik kabeli yanıb.

Yanğın zamanı hadisə yerindən 40 nəfər bina sakini təxliyə olunub, 8 nəfər azyaşlı uşaq isə xilas edilib. Mənzillər yanğından mühafizə olunub.

Yanğın saat 02:34-də yanğınsöndürənlər tərəfindən söndürülüb.