adalet.az header logo
  • Bakı 7°C
23 Aprel 2017 22:18
4304
DÜNYA
A- A+

İranda narkotik vasitələrdən istifadə nəticəsində ölənlərin sayı artıb

İranda ötən il narkotik vasitələrdən istifadə ilə əlaqədar 3190 nəfər həyatını itirib.

Bu göstərici 2015-ci illə müqayisədə 6.2 faiz çoxdur. 2015-ci ildə 3003 nəfər narkotik vasitələrin qurbanı olub. Ötən il baş vermiş ölüm halları əsasən (1882 nəfər) narkotik vasitələrdən zəhərlənmə nəticəsində baş verib. 851 nəfər uzun müddət narkotik istifadə etdiyinə, 457 nəfər isə psixotrop maddələrdən istifadəyə görə həyatını itirib. İranda narkotik vasitələrdən istifadə ilə əlaqədar ölənlərin sayına görə 775 nəfərlə Tehran öndədir.

İranda ümumi narkotik istifadəçilərinin 2847 nəfəri kişi, 343 nəfəri qadındır.