adalet.az header logo
  • Bakı 7°C
23 Aprel 2017 22:07
4801
DÜNYA
A- A+

Qırğızıstanda torpaq sürüşməsi olub, ölənlər var

Qırğızıstanın Cəlilabad vilayətində torpaq sürüşməsi baş verib.

Adalet.az apa-ya istinadən xəbər verir ki, hadisə nəticəsində 2 nəfər ölüb, daha 2-sı ağır xəsarət alıb.

Məlumata əsasən, ölən və yaralananlar Bazar-Korqon rayonunda su kəmərinin təmiri ilə məşğul olan fəhlələr olub. Onlardan biri hadisə yerində, digəri isə xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. Xilasedicilər tərəfindən torpaq altından çıxarılan daha 2 nəfər xəstəxanaya yerləşdirilib. Onların vəziyyəti ağır kimi qiymətləndirilir.