adalet.az header logo
  • Bakı 7°C
23 Aprel 2017 16:45
7217
SİYASƏT
A- A+

BMT baş katibi Bəşər Əsədi təbrik edib

BMT baş katibi Antoniu Quterriş Suriyanın müstəqilliyinin 71-ci ildönümü ilə bağlı Suriya prezidenti Bəşər Əsədi və Suriya xalqını təbrik edib.

Adalet.az-ın məlumatına görə, bu barədə SANA agentliyi məlumat yayıb.

BMT baş katibi təbrik məktubunda bildirib ki, Suriyanın BMT-nin möhkəmlənməsinə və dünyada sülhün, rifahın və insan hüquqlarının qorunmasına töhfə verəcəyinə ümid edir.

Qeyd edək ki, aprelin 17-də Suriyada ölkənin müstəqilliyinin 71-ci ildönümü qeyd edilib.