adalet.az header logo
  • Bakı 7°C
23 Aprel 2017 16:04
4685
DÜNYA
A- A+

Ukraynada ATƏT nümayəndələri minaya düşüb: Ölən var

Yaponiya əhalisinin yarıdan çoxu Şimali Koreya təxribata əl atacağı halda ABŞ-ın "bütün variantların stol üzərində olması”na əsaslanan mövqeyindən razıdır.

Adalet.az-ın məlumatına görə, bunu "Kyodo” agentliyinin keçirdiyi sorğunun nəticələri göstərir.

Rəyi öyrənilənlərin 53,4 faizi ABŞ-ın Şimali Koreyaya qarşı bu mövqeyini dəstəkləyib, respondentlərin 38,2 faizi isə buna mənfi münasibət bəsləyib.

Qeyd edək ki, ABŞ vitse-prezidenti Maykl Pens az əvvəl Yaponiya və Cənubi Koreyaya səfərləri zamanı bəyan edib ki, Vaşinqton Şimali Koreyaya münasibətdə "strateji dözüm” siyasətini davam etdirmək niyyətində deyil. M. Pens Pxenyanın təxribata əl atacağı halda "bütün variantların stol üzərində olduğunu” vurğulayıb.

Koreya yarımadasında vəziyyət keçən ilin sonlarından, Şimali Koreyanın nüvə sınağı və ballistik raketlə kosmosa süni peyk buraxmasından sonra gərginləşməyə başlayıb. Son aylar Şimali Koreya aktiv raket sınaqları keçirir. Sonuncu belə sınaq aprelin 16-da olub.