adalet.az header logo
  • Bakı 7°C
23 Aprel 2017 15:34
6960
DÜNYA
A- A+

Rusiyada qızıl şaxtasında uçqun: Ölənlər var

Bu gün səhər saatlarında Rusiyanın Çelyabinsk vilayətinin Plastovsk rayonunda qızıl hasilatı şaxtasında baş vermiş uçqun nəticəsində 2 nəfər ölüb, 1 nəfər xəsarət alıb.

Adalet.az TASS-a istinadən xəbər verir ki, bu barədə Çelyabinsk vilayət Operativ Xidməti məlumat yayıb.

Xəsarət alan şaxtaçının durumu yaxşıdır, həyatı üçün təhlükə yoxdur.

Uçqun 700 m dərinlikdə baş verib. Hadisə yerində 20 mütəxəssis, yanğınsöndürən-xilasedicilər və təcili yardım briqadası cəlb edilib.