adalet.az header logo
  • Bakı 7°C
23 Aprel 2017 15:10
2928
HADİSƏ
A- A+

Sarayda mikroavtobus, Xaçmazda ev yandı

Saray qəsəbəsində avtomobil, Xaçmazda ev yanıb.

Adalet.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən bildirir ki, Abşeron rayonunun Saray qəsəbəsində vətəndaşa məxsus həyətyanı sahədə "Mercedes” markalı mikroavtobus yanıb. Yaxınlıqdakı ev yanğından muhafizə olunub.

Digər yanğın hadisəsi Xaçmaz rayonun Yeni Həyat qəsəbəsində baş verib. Vətəndaşa məxsus, ümumi sahəsi 100 kvadratmetr olan birmərtəbəli 5 otaqlı evin yanar konstruksiyaları və içərisində olan əşyalar qismən yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.