adalet.az header logo
  • Bakı 6°C
23 Aprel 2017 12:08
17105
KRİMİNAL
A- A+

Rusiyada erməni kafedə atəş açıb: Yaralanan var

Bu gün yerli vaxtla səhər saat 06.00 radələrində (Bakı vaxtı ilə saat 07.00) Rusiyanın Zelenoqrad şəhərində kafedə atəş açılıb.

Adalet.az-ın APA istinadən verdiyi məlumata görə, hadisə iki şəxs arasında şəxsi münaqişə zəminində baş verib.

Ermənistan əsilli 27 yaşlı şəxs mübahisə etdiyi şəxsə tapançadan iki dəfə atəş açaraq onu yaralayıb. Hadisə yerindən qaçan şübhəli şəxs bir neçə dəqiqə sonra saxlanılıb.

Yaralanan şəxsə ilkin tibbi yardım göstərilib və xəstəxanaya yerləşdirilib.