Güclü külək Ağstafada fəsadlar törədib - FOTO
Günorta saatlarında əsməyə başlayan güclü külək Ağstafa rayonunda fəsadlar törədib.
Adalet.az Report-a istinadən xəbər verir ki, rayonun kəndlərində, əsasən də Poyluda bəzi evlərin dam örtüyü qismən dağılıb, elektrik naqilləri sıradan çıxıb və enerjinin verilişi 3 saata yaxın dayandırılıb.
Aidiyyəti qurumlar tərəfindən görülən işlər nəticəsində hazırda elektrik təsərrüfatında yaranmış problemlər aradan qaldırılıb və kəndlərdə enerjinin verilişi bərpa olunub. Küləyin sürətinin isə hazırda azaldığı bildirilir.
Ölkənin Qərb bölgəsində güclü külək bir neçə gündür davam edir. Hazırda Qazax, Tovuz, Daşkəsən və Şəmkir rayonlarında küləkli hava müşahidə olunur.
Digər Xəbərlər
18 Mart 2024 17:49
Bərdədə azyaşlını it dişləyib
18 Mart 2024 13:12Martın 20-də geomaqnit qasırğası gözlənilir
18 Mart 2024 11:39Xocalıda kütləvi məzarlıqda tapılan daha bir nəfərin şəxsiyyəti müəyyənləşdi
18 Mart 2024 10:156-cı sinif şagirdi dünyasını dəyişdi
18 Mart 2024 09:52