adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
22 Aprel 2017 18:00
5932
DÜNYA
A- A+

Türkiyə Hava Qüvvələri terrorçuların silah anbarlarını MƏHV ETDİ

Türkiyə Hərbi Hava Qüvvələri PKK terrorçularının İraqın şimalında Avaşın-Basyan və Zap rayonlarında yerləşən obyektlərinə zərbələr vurub.

Türkiyə Baş Qərargahı terrorçuların sığınacaqları və silah anbarlarının məhv edildiyini bildirib.

Qeyd edək ki, Türkiyənin cənub-şərqində antiterror əməliyyatları davam edilir. Bitlis əyalətində iki partlayıcı qurğu zərərsizləşdirilib.