adalet.az header logo
  • Bakı 7°C
22 Aprel 2017 17:27
4973
İDMAN
A- A+

İbrahimoviçin zədəsi çox ciddidir

Avropa Liqasının 1/4 final mərhələsinin cavab oyunları çərçivəsində "Anderlext"lə cavab qarşılaşmasında sıradan çıxan "Mançester Yunayted"in futbolçusu Zlatan İbrahimoviçin durumu ciddidir.

Bunu klubun rəsmi saytına açıqlamasında baş məşqçi Joze Mourinyo deyib:

"Düşünürəm ki, zədəsi ciddidir. Ancaq tibbi müayinənin cavabını gözləmək lazımdır. İndi bildiyim budur ki, vəziyyəti olduqca pisdir".

Qeyd edək ki, 35 yaşlı futbolçu bu mövsüm ümumilikdə 46 oyun keçirib və 28 qol vurub.