adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7
22 Aprel 2017 15:35
16753
KRİMİNAL
A- A+

Bir gündə 56 nəfər həbs edilib

Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində 98 cinayət faktı qeydə alınıb, onların da 26-sı "isti izlər”lə açılıb.

Daxili İşlər Nazirliyindən (DİN) verilən məlumata görə, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 30 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.

Respublikanın avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb, 3 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 5, qanunsuz saxlanılan silah-sursatla bağlı 3 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 56 nəfər tutulub.