adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
22 Aprel 2017 14:18
3525
MƏMLƏKƏT
A- A+

Gəncədə ümumşəhər iməciliyi keçirilib

Keçirilən ümumşəhər iməciliyində və ağacəkmə aksiyasında şəhərin bütün idarə, müəssisə kollektivləri, gənclər, ictimaiyyət nümayəndələri iştirak ediblər. İməcilikdə ərazilər ot-alaqdan təmizlənib, əsasən Gəncənin landşaftına uyğun, şəhərə yaraşıq verən, havanın oksigen ilə zənginləşməsində xüsusi rolu olan şam ağacları əkilib.

Adalet.az xəbər verir ki, Gəncə şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Elnur Rzayev bildirib ki, Heydər Əliyev Park Kompleksində, Nizami Gəncəvinin Məqbəsinin ətrafında, müxtəlif küçə və prospektlərdə, şəhərin hər tərəfdən giriş hissələrində həyata keçirilən iməcilikdə şəhər ictimaiyyəti yaxından iştirak edir. Ümumilikdə 10.000-dən çox ağac əkilib. Bu gün əkilən ağaclar özünün inkişaf, çiçəklənmə dövrünü yaşayan Gəncə şəhərinin, Azərbaycanın yaşıllaşmasına, ekoloji təmizliyinə böyük töhfə verəcək.

İştirakçılar ağac əkməklə yanaşı, ərazidə təmizlik-abadlıq işləri aparıb, ərazini alaq otlarından, daşlardan təmizləyib, yeni əkilən ağacları suvarıb, əvvəllər basdırılan tinglərə aqrotexniki qulluq göstəriblər.