adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7
22 Aprel 2017 00:05
3096
GÜNDƏM
A- A+

SİQARET HAQQINDA 15 FAKT


1. XX əsrin əvvəllərində hamilə qadınlara kökəlməmələri üçün siqaret məsləhət görülürdü.
2. 1988-ci ildə Virciniya ştatının sakini Tomas Harriet gündəlik tütün çəkməyin təbliğatını aparırdı və təbliğatında qeyd edirdi ki, bu, insanların sağlamlığına müsbət təsirini göstərəcək. Əfsuslar olsun ki, özü burun xərcəngindən dünyasını dəyişmişdi.
3. Amerika qitəsində yetişdirilən xüsusi tütün kolu kartof və bibər ilə eyni qrupun üzvüdür.
4. Xroniki bronxit siqaret çəkən insanlarda siqaret çəkməyənlər nisbətən 5-7 dəfə daha çox rast gəlinir. Və sonradan xroniki bronxit ağciyərin emfizemosiyası və pnevmosklerozla ağırlaşır və ağciyərin funksiyasının dağılması ilə nəticələnir.
5. Dünyada tütün asılılığının müalicəsinin 120 metodu var. Ancaq bunların cəmi 40-ı tətbiq olunub.
6. Yeni Zellandiyada ictimai yerlərdə siqaret çəkilməsinin qadağan olunmasından bir neçə saniyə əvvəl çəkilmiş son siqaretin kötüyü internet auksionda 5300 dollara satılmışdır.
7. 1571-ci ildə İspan həkimi Nikolas Mondares "Yeni dünya"nın müalicəvi bitkiləri haqqında kitab yazmışdır. Orada qeyd etmişdir ki, tütün 36 xəstəliyi müalicə edə bilər.
8. Tütünün tüstüsü 3000-ə yaxın özündə kimyəvi birləşmə saxlayır. Bunlardan bəziləri kanserogendir və bunlar hüceyrələrin genetik materiallarına ziyan vuraraq xərçəng şişi yarada bilər.
9. Siqaret çəkənlərin 10 faizinin beyinlərində şiş yaranması nəticəsində dünyasını dəyişirlər. Gün ərzində 20 ədəddən çox siqaret çəkənlərdə isə bu 20 faizə bərabərdir.
10. Siqaret çəkmək insanlara digər zərərli faktorların təsirini artırır. Məsələn, tez-tez spirtli içki qəbul edən insanların, lakin siqaret çəkməyənlərdə ağız, boğaz, mədə xərçəngi 2-3 dəfə artır. Amma eyni zamanda həm spirtli içki qəbul edib siqaret çəkənlərdə isə bu 9 dəfə çox olur.
11. Siqaret çəkməyən insanlara nisbətən siqaret çəkənlər miokard infarkta 2-8 dəfə daha çox meyllidir. Buna baxmayaraq, siqaret çəkən insanlar özünün normal hiss edən zaman qəfil ürəktutmasından ölürlər. 95 faiz siqaret çəkən insan infrakt keçirəndən sonra dərhal siqareti atır. Çox zaman xəstələr heç bir müdaxilə olmadan bu qərara özləri gəlir.
12. Böyük Britaniyada 1965-ci ildə tütün məhsullarının televiziyada reklamı qəti qadağan olundu.
13. "Koka-kola" ticari markası ilə uzun müddət rəqiblikdə olan "Marlboro" tütün markası 80-90-cı illərdə ən bahalı ticari marka seçilmişdir. Onun qiyməti təxnini 30 milyarda yaxındır.
Hazırladı:
Yılmaz İBRAHİMOV