adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
21 Aprel 2017 23:00
3454
İDMAN
A- A+

Azərbaycan cüdoçusu Avropa çempionu olub

Polşanın paytaxtı Varşavada cüdo üzrə Avropa çempionatı davam edir.

Yarışın ikinci günündə Azərbaycan milli komandasının üç üzvü tatami üzərinə çıxıb. Onlardan ikisi aktivinə medal yazdırıb.

Bütün rəqiblərinə qalib gələn Hidayət Heydərov (73 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Belə ki, Hidayət Heydərovun da ilk döyüşü 1/16 finala təsadüf edib. Həmyerlimiz Xavyer Ramireslə (İspaniya) üz-üzə gəlib. Görüş təmsilçimizin aktivinə yazılıb. Heydərov ikinci qarşılaşmasında türkiyəli Həsən Vanlıoğlu ilə münasibətinə aydınlıq gətirib. İdmançımız qonşu ölkə təmsilçisini cəmi 57 saniyəyə məğlub edib. O, 1/4 finalda isveçli Tomm Makiasla gücünü yoxlayıb. Hidayət bu döyüşünü də xeyrinə bitirib. Həmyerlimiz yarımfinalda macarıstanlı Mikloş Unqvarini yolundan kənarlaşdıraraq həlledici mərhələyə yüksəlib. Hidayət Heydərov rusiyalı Musa Moquşkov da məğlub etməyi bacarıb.

Həmin çəki dərəcəsində çıxış edən digər cüdoçumuz, "Rio-2016”nın mükafatçısı Rüstəm Orucov bürünc medalla kifayətlənib.

Qeyd edək ki, çempionatın ilk günündə millimizin üzvləri Orxan Səfərov (60 kq) və Nicat Şıxəlizadə (66 kq) bürünc medala sahib olublar.