adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
21 Aprel 2017 22:45
5844
DÜNYA
A- A+

Şimali Koreya total müharibə anonsu verdi

Əgər ABŞ Şimali Koreyaya qarşı döyüş hərəkətləri edəcəksə, Pxenyan bu total müharibə istəyinə müharibə ilə cavab verməyə hazırdır.

Adalet.az Rusiya KİV-nə istinadən xəbər verir ki, bu haqda Şimali Koreyanın Moskvadakı səfirliyinin müdafiə məsələləri üzrə attaşesi Kim Yon Min bildirib.

O deyib ki, ölkəsinə qarşı hər hansı provakasiya cəhdləri olarsa, Şimali Koreyanın cavabı daha dağıdıcı olacaq.

"Belə olarsa, biz total müharibəyə müharibə ilə cavab verəcəyik. Biz nüvə zərbəsi ilə bu müharibəyə cavab verəcəyik”-deyə diplomat qeyd edib.

Qeyd edək ki, son zamanlar ABŞ-la Şimali Koreya arasında münasibətlər daha da gərginləşib. Ekspertlər hər an müharibənin başlaya biləcəyini ehtimal edir.