adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
21 Aprel 2017 22:04
19750
KRİMİNAL
A- A+

Ötən gün 100 cinayət olub

Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində 100 cinayət faktı qeydə alınıb, onların da 34-ü "isti izlər”lə açılıb.

Daxili İşlər Nazirliyindən (DİN) Adalet.az-a verilən məlumata görə, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 22 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.

Respublikanın avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 4 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 4 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər tutulub.