ÖZÜNÜ DƏYİŞDİRƏN TÜRKİYƏ

SEYFƏDDİN ALTAYLI
67195 | 2017-04-21 18:58

"Bir millət yoldan çıxmadığımüddətcə Allah onlara toxunmaz. Tanrı bir millətin fənalığını istədiyində dahaona mane oluna bilməz. Onlar üçün Allahdan savayı hami də tapılmaz”. "Rəd surəsi,11-ci ayət".

Türkiyədə yeni bir dövr başlayır. Artıq referendumla parlamentar sistemtərk edildi, yerinə "cümhurbaşqanlığı" sistemi gətirildi. Türkiyədəyaşayan xalq sandıq başına gedərək bu haqda öz qərarını verdi. Qazanan tərəf"əvət"çilər oldu, ancaq "əvət" tərəfdarları əzici üstünlükləqalib gəlmədi, "hayır"çılar da həzimətə uğramadı. Səslər bir-birinəçox yaxın olsa da, təqribən iki faizlə "əvət"çilər qazandı. Türkiyə vəmillətim adına Tanrı uğurlu eləsin.

Qloballaşan bu çağda Türkiyə özü üçün yaşamır, yaşaya da bilməz. ÖzəllikləTürk Dünyasını fikirləşmədən siyasət yolu izləməyə çalışan Türkiyə ilk addımdauduzar. Bu faktı Anadoluda yaşayan xalqın hardasa 70 faizi dərk edir, bəlkə dədaha artığı.

Artıq cümhurbaşqanı ölkədə ən çox səs yığan partiyanın rəhbəri olacaq, yənibitərəf olmayacaq. O, "Hakimlər və Savçılar Ali Şurası"nın, "AliMəhkəmə"nin, "Anayasa Məhkəməsi"nin üzvlərinin 95 faizini seçəcək,nazirləri, baş qərargah rəisini, MİT müstəşarını o təyin edəcək. Rektorlaruniversitetlərin müəllimləri tərəfindən yox, birbaşa cümhurbaşqanı tərəfindənseçiləcək. Cümhurbaşqanı istədiyi anda məclisi ləğv, ölkədə fövqəladə vəziyyətelan edə biləcək. Hər bir şey yalnızca cümhurbaşqanlığı stolunda əyləşən şəxsinəlində olacaq. Bu gün o stolda Cümhurbaşqanı Cənab Ərdoğan əyləşib, sabah-birigün kim əyləşər onu Allah bilir, ancaq fakt budur ki, sistem xalqın səsiylə dəyişdi.

Mən də öncəki sistemdən məmnun deyildim, ancaq bütün salahiyyətlərin birşəxsin əlinə verilməsi şəxsən məni nigaran edir. Osmanlı dövlətində padşahlığalayiq olmayan şahzadələrin hakimiyyət stoluna gətirilməsinin dövlətin tənəzzülünəsəbəb olduğu məlumdur. Əlbəttə Türkiyə sultanlıqla idarə edilmir, ancaq atalardemişkən, süddən ağzımız yandığına görə qatığı üfürüb yemək istəyirəm.

Mənim sıravi bir vətəndaş olaraq yeganə arzum dövlətimin hər bir yüksəksəviyyəli idarəçisinə nəzarət edən bir qurumun olmasıdır, eynilə ABŞ-da olankimi. Bunu istəməyə bir vətəndaş olaraq mənim də hüququm çatır.

Türk tarixinin ən görkəmli və əfsanəvi xaqanı, türk dövlətçiliyininbanisi olan Oğuz Xaqan hər il keçirilən qurultaylarda qurultay üzvlərininqarşısında hesabat verməli olurdu. Hətta onu qadınları qurultayda təmsilən edən həyat yoldaşı belə tənqid edə bilirdi.Biz min il yox, iki min il əvvəl bu cür bir demokratiya ilə idarə olunmuş birmillətin övladlarıyıq. Şanlı və şərəfli bir tariximiz var. Dünənə kimi OrtaÇağın qaranlıq dünyasında yaşayan, İnqvizisiya məhkəməsinin əlində zar-zar əsən,indiyə qədər mədəniyyətin "m"-sından xəbəri olmayan xalqların elmə vətexnologiya sahəsinə verdikləri önəm və müstəmləkəçilik siyasəti yeridərək əsrlərboyu gücsüz xalqların və dövlətlərin yeraltı, yerüstü sərvətləriniyağmalayıb varlanıb-hallanaraq bu gündurub xalqımızın verdiyi səsə qarşı nalayiq hərəkətlər etməsi, Türkiyəni bilmirəmnə zənn etməsi, şəxsən qanıma toxunur. Türkiyə artıq özəlliklə təlim-təhsildənbaşlayaraq özünü çağdaş anlamda irəliyə aparacaq addımları atmalıdır. Xüsusi iləbeyin köçünə mane olacaq tədbirləri görməlidir.

Tanrı, onun ordusu olan millətimin yardımçısı olsun, onun fikir vətarixi yürüş yolunu daim aydınlıq etsin..!

Seyfəddin Altaylı,

TƏQVİM / ARXİV