MƏN DÜNYADA OLMAYANDA

ƏBÜLFƏT MƏDƏTOĞLU
67706 | 2017-04-21 17:27

Təkliyimlə söhbət

Hər gününözmövzusu, hərmövzunundaözdanışanı, yazanıvar. Amma çox qəribədirki, son aylarda mənim günümün mövzusu da eynidir, elə yazanı da. Necə deyərlər,düşdüyüm labirintindən çıxa bilmirəm. Nə qədər çalışsam, çabalasam da, əl-qol atsamda, hətta Tanrı qarşısında diz çöksəm də, dayandığım ölü nöqtədən tərpənə bilmirəm.Boğulduğum bir damcı suyun içindən çıxa bilmirəm. Sizə gülməli gələcək, bir damcısuda boğulmaq ifadəsi. Amma neyləyim ki, bu bir gerçəkdir və mənim də ən böyük faciəmgerçəyi dilə gətirməyimdir. Nədənsə həmişə gerçəyin əsiri olmuşam, gerçəyin balınıda, zəhərini də dadmaq qismətimə, alın yazıma çevrilib. Bunun üçün mənə təsəlliverənlər də, irad tutanlar da, hətta tək-tək qibtə edənlər də olur. Amma ən çoxirad tutanlar olub. Hətta açıq şəkildə üzümə, gözlərimin içinə deyiblər ki, ağlınyoxdu. Ağlın olsa sən də karvana qoşularsan, sən də çalınan havaya oynayarsan, səndə hamı kimi olarsan...

Mənbu deyilənləri eşitmişəm, dinləmişəm, amma qəbul etməmişəm - nə yazılarımda, nəşəxsi həyatımda, nə də sevgimdə! Bu, özündənrazılıq, özündən bədgümanlıq, özünüəlahiddə saymaq demək deyil. Bu sadəcə mənəm-mənəmlikdən uzaq bir Mənlikdi! Yənidoğulduğum və barışdığım qədərlə yaşamaqdı... taleylə qol-qola yol getməkdi. Özyolunu gedənlərin də həmişə dizi çapıq, dirsəyi qabarlı olar... gözləri yorğun,ürəyi ağrılı... Özü də havalı, tək-tənha...

Təklərinqədəri təklik olduğu kimi, mübarizəsi də, seçdiyi yol da elə təklikdən keçir. Çünkionun mübarizəsi özünə qarşıdı, yəni təkliyə yönəlib. Yolu da təklikdən keçdiyi üçünqarşısına çıxan olmur. Tək ləpirin təkliyini təsəvvür edin və bir anlıq da olsao tək ləpirin insanda hansı hisslər doğurduğunu, hansı auranı yaratdığını yaşamağaçalışın. Əgər bunu bacarsanız, vallah məni özünüz kimi anlayacaqsınız, özünüz qədəryaxın, səmimi biləcəksiniz. Axı, təklik özünə çəkilmək deyil, özünə sığınmaq deyil,özündən qaçmaq deyil. Təklik əslində dərdlə yoldaş olmaqdı... payına düşən sevinciəzizləməkdi... sevdiyini oxşamaqdı... onun pərvanəsi olmaqdı. Və butun bunlar dao tək dünyanın orbitində baş verir, o əhatə dairəsinə başqa zəng çatmır. Ona görədə orda hər şey məsumdu, orda hər şey olduğu kimidi. Hətta mən bir az da şairlikedib yazmışam ki:


Ucalırqəmin çəpəri

Tükənirdizin təpəri...

Gününən acı xəbəri -

Butelefona zəng çatmır!..


Susandacavabsız sual

Dərhaldüşür ürəyə xal...

Həminanda dəyişir hal-

Butelefona zəng çatmır!..


Qalırsanfikir əlində

Birad kirimir dilində...

Keçirağlından ölüm də -

Butelefona zəng çatmır!..


***

Evətələsirəm. Əslində evə özümlə heç nə aparmıram. Bütün ovqatım, bütün əhvalım itingünündədi. Elə özüm də it günü daşıyıram özümlə. Bu ovqatla evə getməyə məcburam.Küçədə qalsam avara deyərlər adıma. Veyillənsəm yenə avara deyəcəklər. Badələrəəl uzatsam, ondan da ağır söz eşidəcəm. Ona görə evə gedirəm, hələlik ev olan ünvana.Ona görə hələlik deyirəm ki, tay bu evin kitabı bağlanıb. Necə deyərlər, onun qarşısındanə sual işarəsi var, nə nida, nə də nöqtələr. Sadəcə, son nəfəs, son işartı qalıbbu evin daşında, divarında, varlığında. Və biz də bütün gücümüzlə həm sığınmışıq,həm də saxlamağa, heç olmasa bir iynə ucu boyu ömrün uzatmağa çalışırıq bu evin.Neyləyim ki, bu evin yaşamasını istəməyənlər bu evdəkilərdən, bu evdəkilərin ətrafındakılardan,yanında olanlardan milyon dəfə güclüdü. Ona görə də kitabı bağlanmış evin içindəkiləraxşamı səhər edəndə Tanrıya şükür edirlər... yaşam duası oxuyurlar və hətta sevinirlərdə... Axı daha bir gecəni öz evlərində keçiriblər...

Sonrahəmin gün yaşanır - təpkilərlə, sıxıntılarla, təlaşla və yenə axşam, yenə gecə...kənardan baxana bu durum, bu yaşam fərqli görünür. Kimlərsə bizi inadkar, kimlərsətaleyilə savaşa çıxan, kimlərsə də mənasız yerə özünü qəfil uçqunun qurbanına çevrilənhesab edir. Bütün bunların hamısını duyuram da, eşidirəm də, amma heç birinə kəskinbir münasibət büruzə vermirəm. Ona görə ki, mənim nə çəkdiyimi və bu evin mənimüçün nə demək olduğunu heç kim mənim qədər duya bilməz, bilə bilməz. Belə olduğuhalda kiməsə hansısa cavabı vermək və yaxud nəyisə israrla sübut etmək yumşaq desəm,küləklə vuruşmağa bənzəyər. Küləklə, yellə isə vuruşmaq təkcə ağılsızlıq deyil,həm də gülüncdür. Mən gülünc olmaq istəmirəm. Onsuz da ağılsızlığın cəzasını çəkirəm...

Ağılsızlıqdemişkən, tam səmimi etiraf edim ki, ömür boyu heç kimin var-dövlətinə, qazancınahəsəd aparmamışam. Heç kimin də pulunu saymamışam. Heç bu ağılmdan da gəlib keçməyib.Həsəd apardığım bircə məqam var: o da getməyə yeri olan adamlardı. Təəssüf ki, mənimbu həsədim hələ ki, ortadan qalxmır. Çünki onun şah damarı Qarabağdı, doğulduğumkənddi. Nə qədər ki, bu problem çözülməyib, mənim də həsədim çözülməyəcək. Bunuovcumun içi kimi bilirəm. Amma Allahın verdiyi ağıldan, imkandan yararlanmamaq zaman-zamanöz günahım olubdu. Üzümə açılan qapılardan yan keçmişəm. Mənə əl uzadanların əlinisıxıb təşəkkürümü bildirmişəm, amma təkliflərini qəbul etməmişəm. Nəticəsi də bugünküdurumumdu. Şükürlər olsun ki, bu durumun içərisində də səsimə səs verən, qayğımıbölüşən, məsləhətini, hətta evini belə əsirgəməyəndostlar var. Mən bu insanların ürəklərinə, əqidələrinə səcdə edirəm. Nə isə...

Bax,belə bir durumda bugünkü ovqatımın diktəsi olan cəmi dörd misra ağlımdan gəlib keçir.Həmin misraların yükü sızıltı, göz yaşı deyil, məntiqdi. Mənim gəlib çıxdığım məntiq.Yəni:


Mənhər gün daha artıq

Doğranıbbudanıram....

Ölümdə sevmir məni -

Ölümdənutanıram!


Sizbütün hallarda haqqın qalib gəldiyinə əminsiniz.Mən də əminəm. Amma bir atalar sözü var. Deyiblər ki, "haqq üzülür, amma sınmır,əyilmir". Mən bu deyimin yalnız təsəlli olduğuna inanıram, özünə yox. Çünki sınmayıb, əyilməyib üzülə-üzülə yaşamaq ən yaxşıhalda mövcud olmaqdı, görünməkdi. Bu görünmək. Bu mövcudluq sənin özündən başqabir kimsəyə gərək deyil. Üstəlik, səni sındırmaq istəyənlərin sənin ətrafına sənigülünc etməyidi. Bax, bu yerdə ətrafın da sənin qədər üzülür, sənin qədər sıxılır.Deməli, sən əslində əzaba çevrilirsən, ağrıya çevrilirsən. Necə ki, bir şeirdə məndemişəm ki:

-ƏZABAM SEVDİYİM QIZA!

(Qismətolsa, dünyaya gələcək yeni kitabımın da adı elə bu cürdür: "ƏZABAM SEVDİYİMQIZA").

İndiözünüz düşünün, hətta sevdiyinə əzab olan birisinin üzülə-üzülə yaşaması nə qədərzərurətdi, nə qədər məntiqlidi? Yəqin ki, ağlımdan keçəni artıq duydunuz. Elə məndə sizin demədiklərinizi, daha doğrusu, demək istəmədiklərinizi hiss etdim, anladım.Ona görə də razılaşıram sizinlə, qoy hər kəs öz fikrində qalsın. Mən isə fikirlərimindavamı kimi sizin qapınızı döyüb bu kövrək notların üzrxahlığını etmək istəyirəm.Çünki yaşadıqlarım xoş ovqat yaratmadığı üçün mən də özümdən xəbərsiz, özüm də bilmədənonu doğmalara da transfer edirəm və nəticədə üzüntülər şaxələnir. Hətta düşünürəmki, bütün bunların bir cəzası da var, sizin mənə verəcəyiniz cəzası. Halal haqqınızolan o cəzanı qəbul etməkdən qaçmayacam. Çünki adam əkdiyini biçir. Lap kobud ifadəetsəm, qazana nə atmısansa, o da çömçənə gələcək deyiblər. Mən də bu son aylardaöz kədərli günlərimin şahidi kimi sizinlə həmfikir olmuşam, sizinlə yoldaşlıq etmişəm.Və yazmışam ki:


Sıxdıməni bir küncə

Ağlayanqəm, gülən qəm...

Qəmimiöz qəminin -

Canortağı bilən qəm!


Günümdən gün qoparan

Qopardığın aparan...

Çətin bir də taparam-

Gec gedib tez gələnqəm!..


Ömrüm sığmır arşına

Qatılan yarışına...

Heç çıxmadı qarşıma-

Kipriyimi silən qəm!


Olmadı heç gül, buta

Söz tapmadı dil tuta!

Gedirəm mən, əlvida-

Mənsiz qalıb dilən,qəm!


***

Bu ağır və bir azda üzücü fikirlərin içərisində başımı itirsəm də, hələ ki, yolumu itirməmişəm. Onagörə ki, yolun hardan hara qədər olduğunu təxmini bilirəm. Və bildiyimi də həyatöyrədib mənə. Birmənalı şəkildə anlamışam ki, bütün yollar olumdan ölümə qədərdi.Həmin o yolun uzunluğu təbii ki, nə metrlə, nə arşınla və daha böyük ölçü vahidləriyləhesablanmır. Burdakı məsafə andı, gündü, həftədi, aydı, ildi. Bəzən də əsr. Sonuncubir tarixi şəxsiyyətlərə nəsib olur, bir istedadlara, bir də qəhrəmanlara. Və nəhayət,bir məqam da var: ilə bərabər olan an!!! Həmin o anın xoşbəxtlik quşu da yenə fərdlərinçiyninə qonur. Təbii ki, aramızda belələri var. Mən onlara yaxşı mənada uğur diləyirəm.O ki, qaldı bu yazıya... bu yazının ovqatına, demək istəyirəm ki, artıq bu gün dəxatirəyə çevrilir. Dünənin xatirələrinə qovuşur. Mən də yazılarımla, sözlərimlə,mövcudluğumla artıq o xatirə müstəvisindəyəm. Düşünürəm ki, ən azından Sən mənixatırlayacaqsan. Axı, sənin və mənim Allah qarşısındakı birliyimiz, bütövlüyümüzdanılmaz, pozulmaz gerçəklikdi, yazıdı. Deməli, sən məni xatırlayanda həm də özünüxatırlayacaqsan. Özünün mənli günlərini gözünün önünə gətirəcəksən... özünün mənligünlərinin səsini eşidəcəksən. Ovqatını yaşayacaqsan. Və mütləq yadına düşəcək,hətta pıçıldayacaqsan:


Mən dərddən tonqalçatıb

İsinirəm odunda...

Ürəyində yerim yox

Barı saxla yadında-

Xatirələrimi...


İlin son çərşənbəsi

Son ümiddi! - alışar...

Kimsə qapı dalında

Özü-özünə danışar-

Xatirələrimi...


Bəlkə qarabasmadı

Bəlkə gerçək biryuxu...

Yaş axmağa başladı

Yaxınlaş, daşdanoxu -

Xatirələrimi!..


Bütün yazı boyu nədedimsə, bilgisayara nə diktə etdimsə, hamısını sadəcə olaraq sizlərə bir xatirəkimi ünvanladım. Nə vaxtsa əlinizə düşsə, qarşınıza çıxsa oxuyarsınız. Necə deyərlər,mən dünyada olmayanda...


TƏQVİM / ARXİV