adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
21 Aprel 2017 19:13
8871
GÜNDƏM
A- A+

Milli Şura mitinqi təxirə salıb

Milli Şuranın aprelin 22-nə təyin olunmuş mitinqi təxirə salınıb.

Adalet.az xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyətindən (BŞİH) APA-ya verilən məlumata görə,AXCPGənclər Təşkilatının sədri İlham Hüseyn BŞİH-ə müraciət edərək aksiyanın keçirilməyəcəyini bildirib.

Qeyd edək ki, Milli Şura aprelin 22-də keçmiş "Məhsul" stadionunda mitinq keçirilməsinə razılıq verilməsi üçün bir neçə gün əvvəl BŞİH-ə müraciət edib. BŞİH aprelin 19-da müraciəti cavablandıraraq, aksiyanın keçirilməsinə razılıq verib.