adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7
21 Aprel 2017 19:46
6393
SİYASƏT
A- A+

Lukaşenko Avropa İttifaqını cavab sanksiyaları ilə hədələdi

Belarus prezidenti Aleksandr Lukaşenko parlamentə və vətəndaşlara müraciət edərkən Minskin Avropa İttifaqına qarşı cavab sanksiyaları ilə çıxış etməyə hazır olduğunu bəyan edib.

Bu barədə "Rossiyaskaya qazeta” məlumat yayıb.

"Bizi Avropa İttifaqı bazarlarına buraxmırlar. Niyə öz bazarlarımızı qorumuruq, niyə tamamən simmetrik və adekvat şəkildə Belarus dəyərlərini göstərmədik?”, - Lukaşenko deyib.

Dövlət başçısı, həmçinin qeyd edib ki, Belarus hökumətindən "konkret addımlar” gözləyir.

Lukaşenkonun sözlərinə görə, ölkə ənənəvi bazarlara çıxmalıdır. İlk olaraq rus bazarına, belə ki, Belarus iqtisadiyyatı Rusiyada tələb olunandır.

Bununla belə, Lukaşenko Belarusun hansı sanksiyaları tətbiq edə biləcəyini dəqiqləşdirməyib.