adalet.az header logo
  • Bakı 20°C
21 Aprel 2017 15:19
18334
KRİMİNAL
A- A+

Paytaxtda mənzildə meyit tapılıb

Yasamal rayonunda mənzildə meyit tapılıb.

Fövqəladə Hallar Nazirliyindən Adalet.az-a verilən məlumata görə, Nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Yasamal rayonunda mənzildə 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açıb və 1947-ci il təvəllüdlü, Ramanov Hümbət Məhəmməd oğlunun cəsədini aşkar edərək aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat saat 13:37-də başa çatıb.