adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
21 Aprel 2017 14:11
6131
SİYASƏT
A- A+

Məmmədyarov-Lavrov-Nalbandyan görüşünün vaxtı məlum oldu

Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin üçtərəfli görüşünün vaxtı məlum olub.

Oxu.Az-ın APA-ya istinadən verdiyi məlumata görə,Sergey Lavrov,Elmar MəmmədyarovEdvard Nalbandyanarasında görüş aprelin 27-də Moskvada keçirilə bilər.

Başqa bir mənbə isə APA-ya xarici işlər naziri Elmar Məmmədyarovun aprelin 27-də Moskvaya səfər edəcəyini təsdiqləyib.

Qeyd edək ki, Elmar Məmmədyarov ötən ay müsahibəsində Rusiya tərəfinin təşəbbüsü ilə üçlü görüşün keçiriləcəyini bildirmişdi.

Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova isə aprelin 19-da keçirdiyi ənənəvi brifinqdə nazirlərin üçtərəfli görüşünün keçirilməsinin gözlənildiyini açıqlayıb.