adalet.az header logo
  • Bakı 11°C
  • USD 1.7
21 Aprel 2017 13:47
26345
ƏDƏBİYYAT
A- A+

Qandi haqqında kitab çap olundu

Milli Fikir Mərkəzi tərəfindən Azərbaycanda ilk dəfə məşhur filosof Dhirenda Mohan Dattanın Mahatma Qandi haqqında yazdığı kitab tərcümə olunub.

Adalet.az-ın verdiyi məlumata görə, kitabda Hindistanın ruhani və siyasi lideri olan Mahatma Qandinin həyat və yaradıcılıq fəlsəfəsi, yazdığı kitablar, Hindistanın azadlığı üçün başlatdığı hərəkata ruhani baxış və liderlik xüsusiyyətləri barədə məlumatlar yer alır.

Kitabın ikinci hissəsi isə Mahatma Qandinin müxtəlif qəzetlərdə və kitablarında yazdığı məqalələrdən ibarətdir.

Xatırladaq ki, Kitabıstan yayınları tərəfindən nəşr olunan "Qandinin liderlik fəlsəfəsi" Etatizm Akademiyası seriyasından çap olunan üçüncü kitabdır.

Kitabın təqdimatı aprelin 29-da saat 14.00-da Milli Fikir Mərkəzinin ofisində keçiriləcək.

Təqdimata media nümayəndələri, ictimai simalar da dəvətlidir.

Kitabın qiyməti 6 AZN-dir.