Kredit borcu olanlar sosial ev ala bilər? - 4 vacib suala cavab
Bir neçə gündən sonra sosial mənzillərlə bağlı qeydiyyat başlayacaq.
İqtisadçı Vüqar Bayramov bununla bağlı rəhbəri olduğu mərkəzə daxil olan sualları cavablandırıb.
-Hal-hazırda mənzil sahibi olanlar sosial ev ala bilərmi?
-Mövcud qanunvericilik mənzilə sahib olanların sosial evlərə müraciətini məhdudlaşdırmır. Bu isə o deməkdir ki, adına ev olanlar sosial mənzilə müraciət edə bilərlər.
-Kredit borcu olanlar sosial mənzilə sahib ola bilər?
-Kreditin olması sosial mənzilə müraciəti məhdudlaşdırmır. Krediti olanlar sosial mənzil ala bilərlər. Sadəcə bu zaman aylıq kredit ödənişləri xərc olaraq müraciət edən şəxsin gəlirindən çıxılır və əgər müraciətçinin gəliri bütün öhdəlik və xərc çıxıldıqdan sonra sosial evə müraciətə imkan verirsə o zaman bu mümkündür.
-Müraciətlər neçə mərhələli olacaq?
-Müraciət sistemi 2 mərhələli olacaq. Mayın 1-dən başlanan 1-ci mərhələdə qeydiyyat prosesi həyata keçiriləcək. Daha sonra sosial ev almaq hüququna malik olan və qeydiyyatdan keçənlər sosial ev almaq üçün müraciətə dəvət ediləcək. Məhz ikinci mərhələdə tez müraciətə daha tez baxılacaq.
-Mayın 1-dək qeydiyyatdan keçmək mümkündürmü?
-Mayın 1-dək qeydiyyatdan keçmək mümkün deyil. Bununla belə Bakıda 1,3 və 5 saylı "ASAN Xidmət" mərkəzlərində və eləcə də Sumqayıt "ASAN Xidmət"də sosial evlər ilə bağlı bütün suallara aydınlıq gətirilir. Sosial ev almaq istəyənlər sözügedən xidmətlərə müraciət edə bilərlər.
Digər Xəbərlər
23 Aprel 2024 20:11
"Laçın" məntəqəsinin qurulmasının ildönümü qeyd edildi
23 Aprel 2024 19:20Xankəndidə 33 il sonra doğulan körpənin valideynlərinə mənzil ayrıldı
23 Aprel 2024 18:59"Azərbaycan ordusu bir güllə atmadan Tavuşa bu səbəbdən girdi"- Vrtanesyan
23 Aprel 2024 17:31Azərbaycanda “Sığorta ödənişinin verilməsi Qaydası” dəyişib
23 Aprel 2024 17:04