adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
21 Aprel 2017 09:09
3866
MƏMLƏKƏT
A- A+

Paytaxtda 3 otaqlı ev yanıb

Paytaxtda 3 otaqlı evdə yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən Adalet.az-a verilən məlumata görə, Bakı şəhəri, Suraxanı rayonunda vətəndaşa məxsus ümumi sahəsi 75 m2 olan birmərtəbəli 3 otaqlı evin 1 otağının yanar konstruksiyaları 30 m2 sahədə yanıb.

Yüksək temperaturdan digər 2 otağın tavanı 45 m2 sahədə əriyib. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 04:02-də yanğınsöndürənlər tərəfindən söndürülüb.