adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
20 Aprel 2017 22:45
2574
HADİSƏ
A- A+

Lənkəranda 39 yaşlı kişi bıçaqlanıb

Lənkəranda bıçaqlanma hadisəsi baş verib.

Hadisə rayonun Velədi kəndində qeydə alınıb. 1978-ci il təvəllüdlü Aqil Cəlal oğlu Babayev Velədi kəndi ərazisində bıçaqlanıb. Yaralı dərhal Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onun vəziyyətinin ağır olduğundan əməliyyata götürülüb. Cinayəti törətmiş şəxsin hadisə yerindən qaçdığı bildirilir.

Faktla bağlı araşdırma aparılır.